ARDNF suveren fondların şəffaflıq reytinqində ilk beşliyə daxil olub

ARDNF suveren fondların şəffaflıq reytinqində ilk beşliyə daxil olub Reytinq Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu tərəfindən hazırlanıb
Energetika
3 Noyabr , 2016 16:59
ARDNF suveren fondların şəffaflıq reytinqində ilk beşliyə daxil olub

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondlarının Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 92 xalla 60 suveren fond arasında 4-cü yerdə qərarlaşıb. Bu barədə “Report”a Fondun mətbuat xidmətindən məlumat verilib.

Aparılan qiymətləndirmə nəticəsində cədvəldə ilk beşlikdə Norveç Pensiya Fondu (I yer), Yeni Zelandiya Pensiya Fondu (II yer), ABŞ-ın Vayominq Mineral Trast Fondu (III yer), ARDNF (IV yer) və Kanadanın Alberta Mirası Trast Fondu (V yer) yer alıb.

Ətraflı məlumatla burada tanış olmaq mümkündür.

Qeyd edək ki, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu 1981-ci ildə təsis edilib və  beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi