Azərbaycan Respublikası
ARDNF-dən “Report”a verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş "PricewaterhouseCoopers Audit Azerbaijan" (PwC) şirkəti müsabiqənin qalibi müəyyən edilib və Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Prezidenti tərəfindən ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.