Bakı. 11 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri, təqribən, 2 mlrd. ABŞ dolları artıb.
"Report" xəbər verir ki, bunu ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov bildirib.
"Bildiyiniz kimi, dünya bazarında neftin qiyməti bizim proqnozlaşdırdığımızdan yüksəkdir. Təbii ki, bu da fondun ilin sonuna olan vəsaitlərinə təsir edəcək. Artımın hansı məbləğdə olacağı isə neftin qiymətindən asılıdır. Əgər ilin sonunda I rübün göstəricilərinə uyğun nəticələr olarsa, məbləğ yüksək olacaq. I rüb ərzində fondun vəsaitlərində 2 mlrd. dollara yaxın artım olub",- o qeyd edib.