Bakı. 22 sentyabr. REPORT.AZ/ “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü və Neftçilər günü münasibətiləi əks olunmuş bayraq 3751 metr yüksəkliyə qaldırılıb. Bu barədə “Report”a ARDNŞ-nin mətbuat xidmətindən məlumat daxil olub.
ARDNŞ sentyabrın 20-də ''Heydər zirvəsi''nə yürüş təşkil edib. Alpinizim həvəskarı olan bir qrup neftçi Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, 3751 metr hündürlükdə yerləşən zirvəni fəth edib və SOCAR-ın yeni loqotipi əks olunmuş bayrağı həmin gün ilk dəfə zirvədə dalğalanıb.