Yuxarı

​ARDNŞ avqustda dövlət büdcəsinə 150 milyon manat ödəyib

Bu 2013-cü ilin avqust ayı ilə müqayisədə 114,5% çoxdur.

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2014-cü ilin avqust ayında dövlət büdcəsinə 149 milyon 138 min manat vəsait ödənilib.

“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə bu, 2013-cü ilin avqust ayı ilə müqayisədə 18 milyon 858 min manat və ya 114,5% çoxdur.

ARDNŞ 2014-cü ilin yanvar-avqust aylarında büdcəyə ümumilikdə 1 milyard 266 milyon 741 min manat vəsait ödəyib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 216 milyon 827 min manat və ya 120,7% artıqdır.

Bundan əlavə, cari ilin avqust ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 405 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-avqust aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 95 milyon 903 min manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi