“Aramco”dan Asiya ölkələrinə endirim

“Aramco”dan Asiya ölkələrinə endirim “Saudi Aramco” dövlət neft şirkəti dekabr ayında ən böyük ixrac bazarları olan Asiya ölkələrindəki müştərilər üçün qiyməti aşağı salıb.
Energetika
5 Noyabr , 2020 18:51
“Aramco”dan Asiya ölkələrinə endirim

“Saudi Aramco” dövlət neft şirkəti dekabr ayında ən böyük ixrac bazarları olan Asiya ölkələrindəki müştərilər üçün qiyməti aşağı salıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, “Arab light” markalı neft adıçəkilən regiona 10 sent ucuz satılacaq.

Ötən ay isə həmin markalı neft 10 sent baha satılıb. Bu addımın səbəbi kimi koronavirusun yeni dalğası nəticəsində xam neftə tələbatın dirçələcəyi ehtimalının azalması göstərilir.

Bununla yanaşı, ABŞ müştəriləri üçün də 20 sentlik endirim tətbiq edən “Aramco” eyni zamanda şimal-qərbi Avropa və Aralıq dənizi regionundan olan alıcılar üçün qiymətləri 1 ABŞ dolları qaldırıb.

Qeyd edək ki, ötən ay “Aramco” ixracının üçdə ikisi qədəri Asiya və ABŞ bazarlarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi