Aprel-may aylarında yeraltı qaz anbarlarına 547 mln. kubmetr qaz vurulub

Aprel-may aylarında yeraltı qaz anbarlarına 547 mln. kubmetr qaz vurulub Hazırda yeraltı anbarlarda aktiv qazın miqdarı 1,334 mlrd.kubmetrdir
Energetika
8 İyun , 2017 12:12
Aprel-may aylarında yeraltı qaz anbarlarına 547 mln. kubmetr qaz vurulub

Bakı. 8 iyun. REPORT.AZ/ Bu ilin aprel ayından iyunun 1-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ''Azneft'' İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 547 mln. kubmetr həcmində qaz vurulub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, hazırda ötən mövsümdən qalıq qazla birlikdə yeraltı anbarlarda aktiv qazın miqdarı 1 334 994 min kubmetrdir.

“Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində tədbirlər davam etdirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır.Bununla paralel olaraq, cari ilin aprel ayından ''Azneft'' İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2017-2018-ci il üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılıb. Mövcud qrafikə uyğun olaraq, artıq iyunun 1-dək yeraltı qaz anbarlarına 547 mln. kubmetr həcmində “mavi yanacaq” vurulub. Bu həcmin 255,5 mln. kubmetri “Qaradağ”, 291,5 mln.kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb”,- deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi