Aleksandr Novak: "Hazırkı neft qiymətləri hamıya uyğundur"

Aleksandr Novak: "Hazırkı neft qiymətləri hamıya uyğundur" Əsas məqsəd neft sektoruna inamı bərpa etməkdir
Energetika
21 Sentyabr , 2017 18:16
Aleksandr Novak: Hazırkı neft qiymətləri hamıya uyğundur

Bakı. 21 sentyabr. REPORT.AZ/ Dünya neft bazarında hazırkı qiymət diapazonu (50-60 dollar/barel) istər istehsalçılar, istərsə də istehlakçılar üçün kifayət qədər uyğundur. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak verib. Lakin Novak neft qiymətlərinin 40 dollar/bareldən aşağı düşmə ehtimalları ilə bağlı suala cavab verməkdən imtina edib.

"Bizim vəzifəmiz OPEC+ anlaşması çərçivəsində neft bazarında tələblə təklif arasında tarazlığı bərpa etməkdir. Lakin hələ də neft ehtiyatlarında artıq həcm qalmaqda davam edir. Əsas məqsəd investorların neft sektoruna inamını bərpa etmək, investisiyaları canlandırmaqdır. Qiymətlər isə bazar şərtləri daxilində formalaşacaq", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi