Anar Məmmədov: "Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 3,5%-ni qarşılayacağıq"

Anar Məmmədov: "Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 3,5%-ni qarşılayacağıq" "Petkim Holding"in baş direktoru Türkiyədə keçirilən “Uludağ Ekonomi Zirvesi” adlı tədbirdə çıxış edib
Energetika
24 Mart , 2017 14:47
Anar Məmmədov: Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 3,5%-ni qarşılayacağıq

Bakı. 24 mart. REPORT.AZ/ Hazırda “Petkim Holding” Egey bölgəsində ən böyük ixracatçıdır. 

“Report” xəbər verir ki, bunu Türkiyədə keçirilən “Uludağ Ekonomi Zirvesi” adlı tədbirdə çıxışı zamanı holdinqin baş direktoru Anar Məmmədov deyib.

O, həmçinin qeyd edib ki, “Star” neft emalı kompleksinin tikintisi başa çatdıqdan sonra Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 3,5%-i qarşılanacaq.

Bundan başqa, A.Məmmədov deyib ki, Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin icrası da sürətlə davam etdirilir: “Layihə üzrə işlərin 70%-i tamamlanıb və 2020-ci ildə ilk təbii qaz Avropaya çatdırılacaq. Türkiyə isə bu kəmərlə ilk qazı 2018-ci ildə alacaq. Görülən işlərdə gecikmə yoxdur. Uzunluğu 1 850 km olacaq boru kəmərinin çəkilməsi dəyəri 8,5 mlrd. dollar olan bir layihədir. Kəmər işə düşdükdə Türkiyənin qaza olan tələbatının böyük hissəsi ödənilmiş olacaq”. 

Son xəbərlər

Orphus sistemi