Anar Məmmədov: “Kreditlərimizin ödənilməsində heç bir problem yaşanmayıb”

Anar Məmmədov: “Kreditlərimizin ödənilməsində heç bir problem yaşanmayıb” 2020-ci ildə müxtəlif amillərin (COVID-19, ticarət müharibələri və s.) təsiri ilə bazar şərtləri əlverişli olmasa da, STAR neft emalı zavodu aşağı gəlirli mühitdə güclü maliyyə mövqeyini qoruyub saxlamağa nail olub.
Energetika
523
25 Dekabr , 2020 17:39
Anar Məmmədov: “Kreditlərimizin ödənilməsində heç bir problem yaşanmayıb”
Anar Məmmədov

2020-ci ildə müxtəlif amillərin (COVID-19, ticarət müharibələri və s.) təsiri ilə bazar şərtləri əlverişli olmasa da, STAR neft emalı zavodu aşağı gəlirli mühitdə güclü maliyyə mövqeyini qoruyub saxlamağa nail olub.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”in baş direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov bu gün keçirilən onlayn görüşdə bildirib.

Onun sözlərinə görə, bu il STAR götürdüyü kreditlərə görə 228 milyon ABŞ dolları ödəniş həyata keçirə bilib.

"Petkim” və STAR-ın kreditlərinin ödənilməsində heç bir problem yaşanmayıb. Gələn il də ödənişləri vaxtında həyata keçirəcəyik”, - A.Məmmədov qeyd edib.

O əlavə edib ki, neft emalı zavodunun inşası üçün cəlb edilmiş kredit üçün 2021-ci ildə 361 milyon ABŞ dolları ödəniş həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi