Analitiklər 2017-ci ildə neftin qiymətini 58 dollar səviyyəsində gözləyirlər

Analitiklər 2017-ci ildə neftin qiymətini 58 dollar səviyyəsində gözləyirlər Bu neftin orta proqnoz qiyməti I rübdə 53 dollar, II rübdə 56 dollar təşkil edəcək
Energetika
28 Dekabr , 2016 07:48
Analitiklər 2017-ci ildə neftin qiymətini 58 dollar səviyyəsində gözləyirlər

Bakı. 28 dekabr. REPORT.AZ/ 2017-ci ildə "Brent" markalı neftin qiyməti orta hesabla bir barel üçün 58 dollar təşkil edəcək ki, bu da onun cari ildəki qiymətindən 29% çoxdur.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin 24 analitik arasında apardığı sorğunun nəticələri deməyə əsas verir.

Analitiklər qeyd edirlər ki, bu artım, o cümlədən gözlənildiyi kimi OPEC-in hasilatın azaldılmasına dair qərarı ilə də şərtlənəcək.

"Brent" markalı neftin orta proqnoz qiyməti I rübdə bir barelə görə 53 dollar, II rübdə 56 dollar təşkil edəcək. WTI, ehtimal edildiyi kimi, bir barelə görə 1,4 dollar ucuz olacaq.

Son xəbərlər

Orphus sistemi