Yuxarı

"​AmCham" rəhbərliyi "SOCAR CNG" ilə görüş keçirib

“SOCAR CNG”-nin baş direktoru Elnur Mustafayev şirkətin gələcək planlarını açıqlayıb

Bakı. 27 aprel. REPORT.AZ/ Amerika Ticarət Palatası (AmCham), "PwC" və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri arasında görüş keçirilib. “Report”un məlumatına görə, görüşdə "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova, "PwC"-nin Məsləhət Departamentinin direktoru Nazim Hacıyev və “SOCAR CNG” MMC-nin baş direktoru Elnur Mustafayev iştirak edib.

"AmCham"ın icraçı direktoru N.Məmmədova bu yaxınlarda Bakıda keçirilən "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" beynəlxalq konfransına sponsorluq etdiyinə görə “SOCAR CNG”yə təşəkkür edib.

"PwC"nin Məsləhət Departamentinin direktoru N.Hacıyev çıxışında yaşıl enerji siyasəti və aşağı karbon iqtisadiyyatı, normativ aktlar və qarşıda duran məsələlərdən danışıb.

“SOCAR CNG” MMC-nin baş direktoru E.Mustafayev isə “Alternativ nəqliyyat yanacağı kimi sıxılmış təbii qaz (CNG)” mövzusunda etdiyi çıxışda isə "SOCAR CNG" haqqında məlumat verib və şirkətin gördüyü işlər və gələcək planlarını açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi