Yuxarı

Alternativ və bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanda milli standartlar hazırlanacaq

Ümumilikdə 2015-2018-ci illərdə bu sahədə 11 standartın hazırlanması nəzərdə tutulub

Bakı. 23 dekabr. REPORT.AZ/ Alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində İSO, İEC, QOST, TSE və sair kimi beynəlxalq qurumların qəbul etdiyi standartlara uyğun olaraq Azərbaycanda milli standartların hazırlanması planlaşdırılır.

Ümumilikdə 2015-2018-ci illərdə ABOEM sahəsində 11 standartın hazırlanması nəzərdə tutulub.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) 2015-2018-ci illəri əhatə edən Strateji Planınıda öz əksini tapıb. Planda həmçinin qeyd olunur ki, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində rəqabət qabiliyyətliliyin artırılması, texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, insanların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitə zərər vura bilən avadanlıq və qurğuların istifadəsinin qarşısını almaq, milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, eləcə də daha müasir texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə Dövlət Agentliyində texniki komitənin yaradılması vacibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi