Alternativ Enerji Mənbələri Agentliyində kollegiya iclası keçirilib

Alternativ Enerji Mənbələri Agentliyində kollegiya iclası keçirilib Toplantıda aidiyyəti struktur bölmələrinin rəhbərlərinə inkişafla bağlı təkliflərin hazırlanmasına dair tapşırıqlar verilib
Energetika
28 Yanvar , 2016 14:51
Alternativ Enerji Mənbələri Agentliyində kollegiya iclası keçirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEMDA) 2015-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib. Bu barədə "Report"a Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Prezidentin sədrliyi ilə baş tutmuş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və Agentliyin 2016-2020-ci illər üçün Strateji fəaliyyət Planı kollegiya iclasının əsas müzakirə istiqamətləri olub. Dövlət Agentliyinin sədri Akim Bədəlov qlobal iqtisadi böhran fonunda Azərbaycanda digər sahələrdə olduğu kimi ABOEM-in inkişafı sahəsində də qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib.

Agentliyin sədr müavini Cəmil Məlikov 2015-ci ildə layihələrin icrası ilə bağlı məruzə edərək Samux Aqro-Enerji Kompleksinin tikintisinin birinci mərhələsinin tamamlanması, Pirallahı Günəş Elektrik Stansiyasının (GES) test rejimində işləməsi, Sumqayıt GES-in mərkəzi şəbəkəyə qoşulması və digər stansiyaların tikintisi barədə hesabatla çıxış edib.

Kollegiya üzvlərinin hesabatla əlaqədar çıxışları dinlənildikdən sonra sədr sahənin inkişafı üzrə tədbirlər planına uyğun olaraq 2020-ci ilədək prioritet istiqamətlərin müəyyənləşdirilməsi, görüləcək işlərlə bağlı təkliflərin hazırlanması barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi