Almaniya Rusiyanın əvəzinə BƏƏ-dən qaz alacaq

Almaniya Rusiyanın əvəzinə BƏƏ-dən qaz alacaq Almaniya Birləşmiş Ərəb Əmirlikləri ilə enerji sektorunda əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Energetika
25 Sentyabr , 2022 18:16
Almaniya Rusiyanın əvəzinə BƏƏ-dən qaz alacaq

Almaniya Birləşmiş Ərəb Əmirlikləri ilə enerji sektorunda əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu kansler Olaf Şolts Əbu-Dabiyə səfəri zamanı deyib.

Kansler qeyd edib ki, artıq Körfəz dövləti ilə bir sıra dizel və mayeləşdirilmiş təbii qaz layihələri təşviq edilib.

O, mümkün qədər daha çox enerji təminatçısına güvənməyin vacibliyini vurğulayıb: "Bir təchizatçıdan asılılıq bir daha təkrarlanmayacaq".

Almaniya hazırda Rusiyanın enerji resurslarından asılılığını azaldır. Səlahiyyətlilərin planına görə, il ərzində kömür və neftdən imtina etmək planlaşdırılır, lakin azı gələn il Rusiyadan qaz tələb olunacaq. Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, hazırda ölkədə Rusiya qazının payı 6-8%-ə qədər azalıb.

Son xəbərlər

Orphus sistemi