Almaniya kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini dayandırır

Almaniya kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini dayandırır Almaniya hökuməti 2038-ci ilə qədər ölkədə kömürlə işləyən bütün elektrik stansiyalarının fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Energetika
29 Yanvar , 2020 16:45
Almaniya kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini dayandırır

Almaniya hökuməti 2038-ci ilə qədər ölkədə kömürlə işləyən bütün elektrik stansiyalarının fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, İqtisadiyyat naziri Peter Altmaier tərəfindən hazırlanan qanun layihəsi təsdiqlənmək üçün parlamentə göndərilib.

Məlumata görə, yeni qanun layihəsi ilə işçilərə, şirkətlərə və federal hökumətlərə bu sektorda fəaliyyətlərini dayandırmaq qarşılığında əvvəllər verilməsi nəzərdə tutulan təzminatlar da bu ilin sonundan ödənməyəcək.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi (IEA) qarşıdakı 4 il ərzində qlobal kömür tələbatı çox az artacağını və təxminən, 5,5 mlrd. ton səviyyəsində, əsasən, stabil qalacağını bildirib.

Son xəbərlər

Orphus sistemi