Almaniya ilin sonunadək Rusiya neftindən imtina edəcək

Almaniya ilin sonunadək Rusiya neftindən imtina edəcək Almaniya bu ilin sonuna qədər Rusiya neftindən imtina edəcək.
Energetika
20 Aprel , 2022 19:48
Almaniya ilin sonunadək Rusiya neftindən imtina edəcək

Almaniya bu ilin sonuna qədər Rusiya neftindən imtina edəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

Onun sözlərinə görə, daha sonra Avropa İttifaqının yol xəritəsi çərçivəsində Rusiyadan qazın nəqli mərhələli şəkildə dayandırılacaq.

Berbok deyib ki, Almaniyanın Rusiya neftindən imtinası iki mərhələdə baş verəcək.

Xatırladaq ki, bu gün Ukrayna Prezident Ofisi Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi planını dərc edib. Sənədə Rusiyanın enerji daşıyıcılarının təchizatı da daxil olmaqla 10 sahə daxildir.

Son xəbərlər

Orphus sistemi