Almaniya bankı "Petkim"in səhmlərinin hədəf qiymətini artırıb

Almaniya bankı "Petkim"in səhmlərinin hədəf qiymətini artırıb Bank şirkətin səhmlərinin hədəf qiymətini 9,5% yüksəldərək 4,6 lirəyə çatdırıb
Energetika
23 Avqust , 2016 09:53
Almaniya bankı Petkimin səhmlərinin hədəf qiymətini artırıb

Bakı. 23 avqust. REPORT.AZ/ “Deutsche Bank” əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding A.Ş”-nin səhmlərinin hədəf qiymətini artırıb.

“Report” “Borsa Gündəm” saytına istinadən xəbər verir ki, Almaniya bankı “Petkim”in səhmlərinin hədəf qiymətini 9,5% artıraraq 4,2 Türkiyə lirəsindən (TRY) 4,6 TRY-ə yüksəldib.

Qeyd edək ki, 2008-ci il mayın 30-da keçirilmiş hərracda "Petkim Holding"in səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-i özəlləşdirilib. Daha sonra birjadan 5% hissə alınıb. Əlavə olunmuş səhmlər (15%) bazar konyukturasından asılı olaraq alınıb-satılır. SOCAR rəhbərliyi "Petkim Holding"dəki payın heç vaxt 51%-dən aşağı salınmayacağını bəyan edib.

Son xəbərlər

Orphus sistemi