​Aleksandr Novak: "Türk axını" təxirə salına bilər"

​Aleksandr Novak: "Türk axını" təxirə salına bilər" Rəsmi Ankara Rusiyadan alınacaq təbii qazın qiymətində ciddi endirim tələb edir
Energetika
30 İyul , 2015 13:17
​Aleksandr Novak: Türk axını təxirə salına bilər

Bakı. 30 iyul. REPORTAZ / İkitərəfli razılaşma ən qısa zamanda imzalanmadığı təqdirdə "Türk axını" layihəsinin təxirə salınması mümkündür. "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

A.Novakın sözlərinə görə, Qara dənizin dibi ilə Türkiyəyə çatacaq xəttin inşasına başlanmadığı təqdirdə açılış tarixinin uzanması qaçılmazdır.

Daha öncə "Reuters"ə açıqlama verən Türkiyədəki mənbələr rəsmi Ankaranın ikitərəfli razılaşmadan öncə Rusiyadan alınacaq təbii qazın qiymətində böyük endirim istədiyini açıqlayıb.

Qeyd edək ki, "Qazprom" iyulda boru kəmərini inşa etməli olan İtaliyanın "Saipem" şirkəti ilə əldə edilən razılaşmanı ləğv edib.

Xatırladaq ki, 2017-ci ildə açılması gözlənilən xəttin Türkiyəyə illik 15,75 mlrd. kubmetr, 2020-ci ildən isə Yunanıstan üzərindən Cənubi Avropaya 63 mlrd. kubmetr təbii qaz ötürəcəyi gözlənilir.