Bakı. 14 yanvar. REPORT.AZ/ "Rusiya "Türk axını" layihəsinin reallaşdırılmasına hazırdır. Lakin bu, bir şərtlə ola bilər ki, Türkiyə və Avropa tərəfdaşları layihəyə maraq göstərsinlər".
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib: "Biz öz tərəfimizdən layihənin həyata keçirilməsinə hazırıq. Məlumatımıza görə, Avropa Komissiyası və Avropa ölkələrinin energetika nazirləri bu məsələ üzərində işləyirlər".
Qeyd edək ki, ötən ilin sonunda Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşdikdən sonra "Türk axını" təbii qaz kəmərinin tikintisi layihəsi dayandırılıb.
"Türk axını" layihəsi Rusiya qazının Qara dənizin dibi ilə Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutur.