​Albaniyanın TAP-dan əldə edəcəyi tranzit gəlirləri açıqlanıb

​Albaniyanın TAP-dan əldə edəcəyi tranzit gəlirləri açıqlanıb TAP layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir və Qərbi Balkan İnvestisiya Çərçivəsinə daxil edilib
Energetika
11 Sentyabr , 2015 13:17
​Albaniyanın TAP-dan əldə edəcəyi tranzit gəlirləri açıqlanıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Albaniyanın tranzit ölkə olaraq Trans-Adriatik Boru Kəməri (TAP) layihəsindən hər il 160 mln. avro qazanc əldə edəcəyi gözlənilir. 

"Report"un verdiyi xəbərə görə, TAP layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir və Qərbi Balkan İnvestisiya Çərçivəsinə (WBIF) daxil edilib.

Balkanlarda yerləşən digər ölkə - Serbiya isə "Türk axını" layihəsinin reallaşmasında daha çox maraqlıdır. Belə ki, proqnozlara əsasən, Serbiyanın bu layihədən götürəcəyi illik gəlir 400 mln. avro olacaq.

Balkanlarda yerləşən Yunanıstan və Makendoniya isə həm TAP, həm də "Türk axını" layihələrinin reallaşmasında maraqlıdır.

Məlumatlı mənbələr Aİ-nin "Türk axını" layihəsinin Balkanlarda əngəllənməsi üçün yenidən cəhd edəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi