Yuxarı
    Bağlamaq

    Albaniyalı nazir: ​"TAP layihəsi Avropa üçün çox əhəmiyyətlidir"

    Damian Qyiknuri: TAP layihəsinin reallaşmasında İsveçrə də maraqlıdır

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Trans-Adriatik boru kəməri (TAP) layihəsi Avropa üçün böyük əhəmiyyətə malikdir. "Report" xəbər verir ki, bunu Tiranada İsveçrənin xarici işlər naziri ilə görüşən Albaniyanın enerji və sənaye naziri Damian Qiknuri (Damian Qiknuri) deyib.

    Nazirin sözlərinə görə, TAP qaz kəmərinin inşası layihəsi İsveçrə üçün də çox əhəmiyyətlidir: "Bu gün Ditmir Buşati (Ditmir Bushati) ilə sənaye və enerji məsələləri ilə bağlı müzakirələr apardıq. Xüsusən də TAP layihəsindən danışdıq, hansı ki, onun reallaşmasında İsveçrə də maraqlıdır".

    Qeyd edək ki, İsveçrə 2014-2017-ci illər üçün Albaniyanın enerji və sənaye sektorunun inkişafı üçün 88 mln. İsveçrə frankı (təxminən 90 mln. ABŞ dolları) həcmində yardım ayırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi