​Albaniyanın enerji naziri: "Cənub Qaz Dəhlizinin enerji magistralı olması gözlənilir"

​Albaniyanın enerji naziri: "Cənub Qaz Dəhlizinin enerji magistralı olması gözlənilir" D. Gjiknuri deyib ki, enerji məsələsi həm də təhlükəsizlik məsələsidir
Energetika
121
30 May , 2016 12:24
​Albaniyanın enerji naziri: Cənub Qaz Dəhlizinin enerji magistralı olması gözlənilir

Bakı. 30 may. REPORT.AZ/ Albaniya Cənub Qaz Dəhlizinin (SGC) ən əhəmiyyətli “hub”ı olmaqda iddialıdır. “Report”un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bunu Albaniyanın enerji və sənaye naziri Damian Gjiknuri NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib.

Alban nazirin sözlərinə görə, təmsil etdiyi ölkə gələn ildə külək və günəş enerjisi mənbələrinin təşviqinə başlayacaq:

“Enerji diversifikasiyası NATO-da prioritet olmalıdır. Bizim resurslarımızın şaxələnməsi üçün imkanlarımız var, buna görə də SGC məqsədlərimizə nail olmaq üçün çox əhəmiyyətlidir. SGC-nin enerji magistralı olması gözlənilir”.

D.Gjiknuri deyib ki, enerji məsələsi həm də təhlükəsizlik məsələsidir:

“Avropanın qazdan asılılığı getdikcə artır və bu enerji mənbələri olan ölkələrdə qeyri-sabitlik və regional konfliktlərin yaranmasına səbəb olur”.