AK rəhbəri: "Avropa İttifaqı Rusiya qazından tam imtinaya hazırlaşmalıdır"

AK rəhbəri: "Avropa İttifaqı Rusiya qazından tam imtinaya hazırlaşmalıdır" Rusiya 12 Avropa İttifaqı (Aİ) ölkəsinə qaz tədarükünü azaldıb və ya tamamilə dayandırıb.
Energetika
30 İyul , 2022 11:07
AK rəhbəri: Avropa İttifaqı Rusiya qazından tam imtinaya hazırlaşmalıdır

"Rusiya 12 Avropa İttifaqı (Aİ) ölkəsinə qaz tədarükünü azaldıb və ya tamamilə dayandırıb".

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen bildirib.

O, Rusiyanın hərəkətlərini əvvəlcədən düşünülmüş adlandırıb və deyib ki, Aİ Rusiya qazından tam imtinaya hazırlaşmalıdır.

AK Prezidenti Aİ-nin daha etibarlı enerji tərəfdaşlarına müraciət etdiyini deyib: “ABŞ-dan rekord həcmdə sıxılmış qaz almışıq. Norveçdən, Fars körfəzi ölkələrindən, Əlcəzairdən və Xəzər dənizi regionundan getdikcə daha çox təbii qaz almağa başlamışıq”.

Onun sözlərinə görə, bu ilin birinci yarısında Aİ Rusiyadan kənar keçməklə əlavə 38 milyard kubmetr sıxılmış və təbii qaz alıb, bu isə Rusiyanın nəql etmədiyi 28 milyard kubmetri artıqlaması ilə kompensasiya edir.

Son xəbərlər

Orphus sistemi