Aİ, Ukrayna və Rusiya təbii qaz tədarükünə dair danışıqlar aparacaq

Aİ, Ukrayna və Rusiya təbii qaz tədarükünə dair danışıqlar aparacaq
Energetika
43
9 Yanvar , 2019 16:34
Aİ, Ukrayna və Rusiya təbii qaz tədarükünə dair danışıqlar aparacaq

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu ay Avropa İttifaqı (Aİ) – Ukrayna – Rusiya formatında təbii qaz tədarükünə dair danışıqlar davam etdiriləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç məlumat verib.

“Avropaya uzunmüddətli qaz tranzitinə dair Rusiya və Ukrayna ilə üçtərəfli siyasi danışıqların ikinci mərhələsinin yanvarın 21-də Brüsseldə (Belçika) keçiriləcəyinə şadam”, - deyən Aİ rəsmisi qarşıdakı danışıqların tərəflər arasında bundan əvvəl müxtəlif səviyyələrdə keçirilən görüşlərin nəticələrinə əsaslanacağını bildirib.