Aİ səfiri: "Azərbaycanın yaşıl enerji sahəsində böyük potensialı var"

Aİ səfiri: "Azərbaycanın yaşıl enerji sahəsində böyük potensialı var" Azərbaycanın yaşıl enerji sahəsində böyük potensialı var.
Energetika
9 İyun , 2023 18:07
Aİ səfiri: Azərbaycanın yaşıl enerji sahəsində böyük potensialı var

Azərbaycanın yaşıl enerji sahəsində böyük potensialı var.

Bu barədə "Report"a Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko məlumat verib.

Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında energetika sahəsində kifayət qədər inkişaf etmiş əməkdaşlıq mövcuddur:

“Ötən ilin iyulunda energetika sahəsində imzalanmış strateji əməkdaşlığa dair anlaşma memorandumu təkcə Azərbaycan qazının nəqlinin artırılması məsələsini nəzərdə tutmur. Həmçinin yaşıl enerji kimi mühüm məqama toxunur. Biz bu istiqamətdə konkret irəliləyiş görürük. Buna misal olaraq ötən ilin dekabrında imzalanan Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişi göstərmək olar".

Səfir qeyd edib ki, Azərbaycan hazırda bərpa olunan enerjiyə fokuslanıb, bu, energetika sektorunun gələcəyidir. O əlavə edib ki, Azərbaycanın artıq bu sahəni necə uğurla həyata keçirməyə başladığını görmək sevindiricidir.

Son xəbərlər

Orphus sistemi