Aİ Rusiya dizelinə qiymət limiti tətbiq etməyi planlaşdırır

Aİ Rusiya dizelinə qiymət limiti tətbiq etməyi planlaşdırır Avropa İttifaqı (Aİ) Rusiyanın dizel yanacağına bir barel üçün 100 ABŞ dolları həcmində üst qiymət həddi tətbiq etmək imkanlarını öyrənir.
Energetika
26 Yanvar , 2023 20:06
Aİ Rusiya dizelinə qiymət limiti tətbiq etməyi planlaşdırır

Avropa İttifaqı (Aİ) Rusiyanın dizel yanacağına bir barel üçün 100 ABŞ dolları həcmində üst qiymət həddi tətbiq etmək imkanlarını öyrənir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Qeyd olunur ki, Aİ və “Böyük yeddilik” (G7) ölkələri Rusiyanın üçüncü ölkələrə ixracı üçün ən üst qiymətlər təyin etmək istəyir, lakin qiymətlər dəyişkən və qeyri-sabitdir.

Agentliyin məlumatına görə, bu limit dizel yanacağı kimi məhsullara şamil olunacaq. Mazuta gəlincə, o, bir barel üçün 45 ABŞ dolları limiti ilə endirimlə satılacaq.

Son xəbərlər

Orphus sistemi