Aİ enerji təhlükəsizliyi üçün daxili infrastruktur xətlərinin yaradılmasını maliyyələşdirir

Aİ enerji təhlükəsizliyi üçün daxili infrastruktur xətlərinin yaradılmasını maliyyələşdirir Avropa İttifaqı (Aİ) üçün enerji təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir, ona görə də daxili infrastruktur xətlərinin yaradılmasına vəsait ayrılır.
Energetika
1 İyun , 2023 15:19
Aİ enerji təhlükəsizliyi üçün daxili infrastruktur xətlərinin yaradılmasını maliyyələşdirir

Avropa İttifaqı (Aİ) üçün enerji təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir, ona görə də daxili infrastruktur xətlərinin yaradılmasına vəsait ayrılır.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero bu gün işinə başlayan Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya qazını əvəz etməlidir: "Ötən il başlayan böhran əvvəlki böhranlardan iki dəfə böyük olub. Avropa İttifaqı ölkələrində qazın qiyməti kifayət qədər yüksək idi. Bizim Rusiya qazından asılılığımız 90 % idi. Ukraynanın işğalından sonra Aİ-nin siyasi liderləri plan qəbul etdi. Plana əsasən Rusiya qazını daha etibarlı qaz təchizatçıları ilə əvəz edilməsi nəzərdə tutulur".

K. Borrero vurğulayıb ki, Azərbaycanla strateji əməkdaşlıq, Avropa ölkələri ilə enerji sahəsində imzalanan sənədlər Avropa İttifaqınin siyasi maraqlarına cavab verir: "Azərbaycanla əməkdaşlığımızı davam etdiririk".

Son xəbərlər

Orphus sistemi