Ağsuda 2 kənddə yeni məntəqələr qazlaşdırılıb

Ağsuda 2 kənddə yeni məntəqələr qazlaşdırılıb Tikinti-quraşdırma işləri başa çatdırılmış Ağsu rayonunun Yenikənd və Gəndəxan kəndlərinə bu gün təbii qaz verilib.
Energetika
29 Avqust , 2019 16:54
Ağsuda 2 kənddə yeni məntəqələr qazlaşdırılıb

Tikinti-quraşdırma işləri başa çatdırılmış Ağsu rayonunun Yenikənd və Gəndəxan kəndlərinə bu gün təbii qaz verilib.

“Report”a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, ümumilikdə 2 kənddə 2 389 metr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 23 ədəd qaz sayğacı quraşdırılıb. Yenikənddə 15, Gəndəxanda isə 8 fərdi yaşayış evi qazlaşdırılıb. Qeyd edilib ki, yeni abonentlər istənilən vaxt Ağsu Regional qaz istismarı İdarəsinin İsmayıllı xidmət sahəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib, yeni ödəmə kartlarını alaraq evlərində təbii qazdan istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi