Ağsu rayonunun daha 3 kəndinə qaz verilib

Ağsu rayonunun daha 3 kəndinə qaz verilib Üç kəndin 769 abonenti təbii qazla təmin olunub
Energetika
1 Fevral , 2016 12:31
Ağsu rayonunun daha 3 kəndinə qaz verilib

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Ağsu rayonunun daha 3 kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 769 abonenti olan Bico, Qəşəd və Cəlayir kəndlərinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 57 km-ə yaxın müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi