Yuxarı

​Ağsu rayonunun 4 kəndinə ilk dəfə təbii qaz verilib

51 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 12-də Ağsu rayonunun Nəmirli, Kalağaylı, Bənəcik və Gursulu kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, 64 abonenti olan Nəmirli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 243 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 64 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

52 abonenti olan Kalağaylı kəndinə təbii qazın verilməsi məqsədilə birpilləli sistem əsasında 3104 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 52 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

51 abonenti olan Gursulu kəndinin qazlaşdırılması məqsədilə isə birpilləli sistem əsasında ümumilikdə 3125 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 51 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

28 abonentlik Bənəcik kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 4380 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 28 ədəd “Smart” tipli qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi