Ağsu rayonunun 3 kəndinə qaz verilib

Ağsu rayonunun 3 kəndinə qaz verilib Ümumilikdə, 696 abonent təbii qazla təmin olunub
Energetika
30 Sentyabr , 2015 12:58
Ağsu rayonunun 3 kəndinə qaz verilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağsu rayonunun Gəgəli, Ağabəyli və Rəhimağalı kəndlərinə yenidən təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 696 abonent təbii qazla təmin olunub.

Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 570 abonenti olan Gəgəli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumilikdə 46 km-dən artıq müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 570 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Ağabəyli kəndinin qazlaşdırılması üçün 2 500 metr uzunluğunda polietilen və 9 013 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, ümumilikdə 106 ədəd olmaqla hər bir abonent sayğac və fərdi tənzimləyici təmin olunub.

20 abonenti olan Rəhimağalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 829 metr uzunluğunda polietilen və 1 717 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 20 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi