​Ağstafa, Cəlilabad, Qobustan, Beyləqan və Bərdə rayonlarının daha 7 kəndinə qaz verilib

​Ağstafa, Cəlilabad, Qobustan, Beyləqan və Bərdə rayonlarının daha 7 kəndinə qaz verilib Bu gün Qobustan rayonunun 155 abonentlik Yekəxana kəndinə ilk dəfə olaraq təbii qaz verilib
Energetika
27 Avqust , 2015 16:50
​Ağstafa, Cəlilabad, Qobustan, Beyləqan və Bərdə rayonlarının daha 7 kəndinə qaz verilib

Bakı. 27 avqust. REPORT.AZ/ Bu gün Qobustan rayonunun Yekəxana, Beyləqan rayonunun Qəhrəmanlı, Bərdə rayonunun Qaradəmirçi və Məmmədli kəndləri ilk dəfə olaraq qazlaşdırılıb, Ağstafa rayonunun Soyuqbulaq və Saloğlu kəndlərinə, Cəlilabad rayonunun Sabirabad kəndinə isə təbii qazın verilişi bərpa edilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Ağstafa rayonunda ümumilikdə 540 abonenti olan Soyuqbulaq və Saloğlu kəndlərinə təbii qazın verilişinin bərpa edilməsi münasibətilə keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırılma işləri zamanı ümumi uzunluğu 55066 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün məişət qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Cəlilabad rayonunun 740 abonenti olan Sabirabad kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 45 405 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 740 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Qobustan rayonunun 155 abonentlik Yekəxana kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu məqsədlə birpilləli sistem əsasında 12 504 metrlik qaz kəmərləri çəkilib, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin edilib.

Beyləqan rayonunun 430 abonenti olan Qəhrəmanlı kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə bildirilib ki, kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 38 097 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 430 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bərdə rayonunun kəndlərinə təbii qazın verilməsi prosesi də davamlı xarakter alıb. Avqustun 27-də rayonun daha iki kəndinə - Qaradəmirçi və Məmmədli kəndlərinə ilk dəfə təbii qaz verilib. Qeyd olunub ki, 326 abonenti olan bu kəndlərin qazlaşdırılması məqsədi ilə 55 km-dən artıq qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi