Yuxarı
    Bağlamaq

    Agentliyin sədri: Külək enerjisindən istifadənin genişləndirilməsi tarifləri artıra bilər

    Akim Bədəlov: Ona görə də bu məsələyə elmi yanaşmaq lazımdır

    Bakı. 20 oktyabr. REPORT.AZ/ "Əgər ölkənin elektrik enerji istifadəsində külək enerjisinin payını bu gün 20-25%-ə qaldırsaq, bu, tariflərin artmasına gətirib çıxaracaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.

    A.Bədəlovun sözlərinə görə, tarif siyasəti mərhələli şəkildə tətbiq edilir: "Bu gün hamı düşünür ki, alternativ enerji mənbələrindən istifadə bahalıdır. Biz bu stereotiplərdən uzaq olmağa çalışmalıyıq. Bu qiymətlərə rəqabətli şəkildə nail olmaq istəyirik. Rəqabət olsa, inkişaf da olacaq. Adətən tarifləri qarşıdakı bir neçə il üçün müəyyən edirik. Həmin illərdə texnologiya ucuzlaşır, amma tarif olduğu kimi qalır. Ona görə də bu məsələyə elmi yanaşmaq lazımdır və biz də bunu edirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi