Ağdaş rayonunun üç kəndinə qaz verilib

Ağdaş rayonunun üç kəndinə qaz verilib Ümumilikdə 334 abonent təbii qazla təmin olunub
Energetika
4 Sentyabr , 2015 13:40
Ağdaş rayonunun üç kəndinə qaz verilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Ağdaş rayonunun Türyançay, Aşağı Ağcayazı və Yuxarı Ağcayazı kəndlərinə təbii qaz verib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 334 abonent təbii qazla təmin olunub.

Belə ki, 67 abonenti olan Türyançay kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 167 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Ümumilikdə, 267 abonenti olan Aşağı Ağcayazı və Yuxarı Ağcayazı kəndlərinin qazlaşdırılması zamanı isə 22 km-ə yaxın qaz xətləri quraşdırılıb, abonentlər qaz sayğacı və fərdi tənzimləyicilərlə təchiz edilib. 

Son xəbərlər

Orphus sistemi