Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağdaş rayonunun Hapıtlı kəndinə ilk dəfə təbii qaz verilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, 112 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 km-lik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.