Ağdaş magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Ağdaş magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Yevlax rayonunun Xaldan və Qarxun kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
16 fevral 2016 13:33
Ağdaş magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 17-də saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Xaldan” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Yevlax rayonunun Xaldan və Qarxun kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Son xəbərlər

Orphus sistemi