​Ağdam, Qazax və Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

​Ağdam, Qazax və Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Bir neçə ərazisinin qaz verilişində məhdudiyyət olacaq
Energetika
12 İyul , 2016 17:44
​Ağdam, Qazax və Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 12 iyul. REPORT.AZ/İyulun 13-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsininAğdam, Qazax və Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir işləri Ağdam magistral qaz kəmərləri sahəsinin “Quzanlı”, “Qaradəmirçi”, “Ağcəbədi”, Qazax magistral qaz kəmərləri sahəsinin “Əskipara” və “Qazax”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, ”Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılacaq.

Təmir müddətində Lənkəran rayonunun Liman, Hirkan, Gərmətük, Aşağınüvədi, Boladi, Şağlasel və Mamusta, Masallı rayonunun Ərkivan, Musaküçə, Qızılavar, Mahmudavar, Türkoba, Bədalan və Boradigah kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağcabədi, Ağdam, Bərdə və Qazax rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi