Ağdam magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Ağdam magistral qaz kəmərləri sahəsində təmir aparılacaq Bir neçə kəndin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
17 Dekabr , 2015 18:01
Ağdam magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 18-də saat 14:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Ağdam magistral qaz kəmərləri sahəsinin “Azadqaraqoyunlu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Ağdam rayonunun “Dörd yol”, Təzəkənd və Ayaqdərbənd, Bərdə rayonunun Şahvəlilər, Piyadalar və Xanərəb, eləcə də Tərtər rayonunun Qapanlı-1, Qapanlı-2, Düyərli, Əksipara, Qazıyan və Səhlabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi