​Ağcabədi və Zərdab rayonunun kəndlərinə yenidən qaz verilib

​Ağcabədi və Zərdab rayonunun kəndlərinə yenidən qaz verilib Zərdabın 273, Ağcabədinin 305 abonentinə qaz verilib
Energetika
8 İyul , 2015 15:38
​Ağcabədi və Zərdab rayonunun kəndlərinə yenidən qaz verilib

Bakı. 8 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Zərdab rayonunun Pərvanlı, Ağcabədi rayonunun Şahsevən və Şahsevən Təzəkənd kəndlərinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

SOCAR-dan “Report”a verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etdiblər. 

Qeyd olunub ki, Zərdab rayonunun 273 abonenti olan Pərvanlı kəndinin qazlaşdırılması üçün 6 800 metr uzunluğunda polietilen, 19 963 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Ağcabədi rayonunun Şahsevən kəndinin 130 abonentinə təbii qaz verilişinin bərpa olunması münasibəti ilə keçirilən tədbirdə bildirilib ki, bu məqsədlə 9 474 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 175 abonenti olan Şahsevən Təzəkənd kəndinin qazlaşdırılması üçün 12 200 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 175 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi