Bakı. 1 oktyabr. REPORT.AZ/ Afinada Yunanıstanın ərtaf mühit və energetika naziri Panos Skurletis, Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev, Azərbayan Dövlət Neft Şirkətinin (
"Report" Yunanıstan mətbuatına istinadən xəbər verir ki, görüşdə Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA dövlət şirkətinin özəlləşdirilməsi və Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsi müzakirə olunub.
Qeyd olunur ki, DESFA məsələsi rahat şəkildə və Avropa Komissiyasının məmnuniyyəti çərçivəsində inkişaf edir.
Həmçinin, görüşdə TAP layihəsinin Yunanıstan hissəsində bəzi məsələlərin həlli ilə bağlı gələn həftə konsorsiumla Nazirlik arasında görüş keçiriləcəyi qeyd edilib.
Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb.
Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.
SOCAR prezidenti Rövnəq Abdullayev bu yaxınlarda bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti DESFA-nın özəlləşdirilmə prosesi çərçivəsində 16% səhmin Avropa şirkətlərinə satılması ilə bağlı danışıqlar aparmağa hazırdır.
Məlumata görə, İtaliyanın "Snam" və "Infrastrutture Transporto Gas", İspaniyanın "Enagas", Hollandiyanın "Gasunie", Rumıniyanın "Transgaz" şirkətləri də DESFA-nın bu səhm zərfinin alınmasına maraq göstərir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qaz Avropaya nəql olunacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərasizində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. İlk Azərbaycan qazının 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində Avropaya çatdırılacağı planlaşdırılır. TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) iştirak edir.