​ADB Cənub Qaz Dəhlizi üçün kreditin ayrılması məsələsinə sentyabrda baxacaq

​ADB Cənub Qaz Dəhlizi üçün kreditin ayrılması məsələsinə sentyabrda baxacaq Bank bu layihənin icrasına 1,505 mlrd. ABŞ dolları həcmində kredit ayıra bilər
Energetika
3 İyun , 2016 17:46
​ADB Cənub Qaz Dəhlizi üçün kreditin ayrılması məsələsinə sentyabrda baxacaq

Bakı. 3 iyun. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası sentyabnrın 27-də keçiriləcək toplantısında Cənub Qaz Dəhlizi (SGC), o cümlədən "Şahdəniz-2" layihələrinin icrası üçün kreditin ayırılması məsələsinə baxacaq. 

“Report” xəbər verir ki, bu barədə Bankın rəsmi veb-saytında məlumat verilib.

Qeyd edək ki, bundan öncə Bank bu iki layihənin icrası çərçivəsində çoxtranşlı maliyyələşmə (MFF) üçün 1,505 mlrd. ABŞ dolları həcmində vəsaitin ayrılması məsələsinə baxılacağını bəyan edib.

Bu plan dövlətin 16,67%-lik iştirak payının maliyyələşdirilməsi üçün kommersiya banklarına dəstək məqsədilə qismən kredit zəmanətinin verilməsini nəzərdə tutur. Eyni zamanda bildirilir ki, proqram hələ təqdim olunmayıb.

Direktorlar Şurasının məsələyə avqustun 22-də baxacağı planlaşdırılsa da, sonradan həmin vaxt sentyabrın 27-nə dəyişdirilib.

İnvestisiya planının əsas məqsədi Azərbaycanın fiskal movqeyinin möhkəmlənməsinə və qaz satışı vasitəsilə gəlirlərinin artmasına dəstək olmaqdır.

Son xəbərlər

Orphus sistemi