ADB Azərbaycanda dənizdə bərpa olunan enerji istehsalına investisiya qoymaqda maraqlıdır

ADB Azərbaycanda dənizdə bərpa olunan enerji istehsalına investisiya qoymaqda maraqlıdır Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın dənizdə bərpa olunan enerji imkanlarını inkişaf etdirmək səylərini dəstəkləyir və bu sahəyə sərmayə yatırmağı düşünür.
Energetika
29 Sentyabr , 2022 11:03
ADB Azərbaycanda dənizdə bərpa olunan enerji istehsalına investisiya qoymaqda maraqlıdır

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın dənizdə bərpa olunan enerji imkanlarını inkişaf etdirmək səylərini dəstəkləyir və bu sahəyə sərmayə yatırmağı düşünür.

"Report"un məlumatına görə, bunu bankın baş direktoru Yevgeni Jukov deyib.

O, BƏƏ-nin “Masdar” şirkətinin Ələtdə həyata keçirdiyi günəş elektrik stansiyası layihəsinə ötən ay ADB tərəfindən təxminən 22 milyon ABŞ dolları məbləğində maliyyələşdirmənin təsdiqlədiyini xatırladıb.

Jukov Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına şaxələndirmə səylərini yüksək qiymətləndirib və ADB-nin bu məsələdə hökumətə dəstək verməyə hazır olduğunu əlavə edib.

Baş direktor yaxın vaxtlarda 2024-2028-ci illər üçün növbəti Ölkə Tərəfdaşlığı Strategiyası üçün hazırlıqlara başlayacaqlarını və Azərbaycanla əməkdaşlıq prioritetlərini müzakirə edəcəklərini xatırladıb.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildə ADB-yə qoşulub. Həmin vaxtdan ölkəyə 5,2 milyard ABŞ dolları məbləğində yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi