Yuxarı

Açılmış ehtiyatlar Rusiyada 2030-cü ilədək hasilata kifayət edəcək

2040-cı ilədək isə hasilat yeni ehtiyatların açılması ilə mümkün olacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiyada əvvəllər açılmış neft ehtiyatları 2030-cu ilədək hasilata kifayət edəcək.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Mineral Ehtiyatlar üzrə Dövlət Komissiyasının baş direktoru İqor Şpurov bildirib.

Onun sözlərinə görə, 2040-cı ilədək isə hasilat yeni ehtiyatların açılması ilə mümkün olacaq: “2030-cu ilədək Rusiyada neft hasilatı tendensiyası sırf açılmış ehtiyatlar və əsasən səmərəliliklə müəyyən olunacaq. Daha doğrusu, 2030-cu ilədək 80% hasilat səmərəli ehtiyatlarla müəyyyənləşəcək. 2030-cu ilədək energetika strategiyasına çatmaq üçün hökumət stimulu təmin etməlidir”.

Komissiya başçısı qeyd edib ki, stimullaşdırma vergi sahəsində, infrsatruktur layihələrinin stimullaşdırılması və yaxud yeni texnologiyalarla ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi