Bakı. 16 fevral. REPORT.AZ/ "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə indiyədək sərf olunan kapital xərclərinin həcmi 33 mlrd. ABŞ dolları təşkil edib".
"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.
Onun sözlərinə görə, AÇG-dən indiyədək 3,3 mlrd. barel neft hasil edilib.
BP-nin regional prezidenti AÇG-nin 2050-ci ilə qədər işlənməsinə dair ötən il sentyabrın 14-də imzalanan sazişin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bundan sonra da AÇG-dən 3 mlrd. bareldən çox neft hasl olunacağı gözlənilir. BP rəsmisi bildirib ki, BP-nin Azərbaycanda operatoru olduğu layihələrə indiyədək 70 mlrd. dollara yaxın investisiya qoyulub.