AÇG və “Şahdəniz” yataqlarından indiyədək 527 mln. ton neft ixrac edilib

AÇG və “Şahdəniz” yataqlarından indiyədək 527 mln. ton neft ixrac edilib Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq -Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il yanvarın 1-dək 526,6 mln. ton neft (kondensatla birlikdə) ixraca yönəldilib.
Energetika
23 Yanvar , 2020 12:36
AÇG və “Şahdəniz” yataqlarından indiyədək 527 mln. ton neft ixrac edilib

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq -Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il yanvarın 1-dək 526,6 mln. ton neft (kondensatla birlikdə) ixraca yönəldilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.

2019-cu il ərzində 31 234,9 min ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1, 414 mln. ton, yəni təqribən 4,3% az neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Hesabat ilində ən böyük neft həcmləri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəql edilib. Belə ki, bu kəmərlə 26 660,1 min ton neft nəql edilib. Bu isə 2018-ci ilin müvafiq dövründən 2,83% azdır.

BTC ilə nəql edilən neftin 26,056 mln. tonu konsorsiumun hasil etdiyi, 604,1 min tonu SOCAR-ın hasil etdiyi neftin payına düşüb. Konsorsiumdan BTC ilə neftin nəqli 2018-ci illə müqayisədə 1 261,1 min ton və ya 4,6% azalıb. SOCAR üzrə isə 485,1 min ton və ya 5 dəfə artıb.

İxrac edilən neftin 3 750,4 min tonu (0,4 min ton az) Bakı-Supsa neft kəməri, 824,4 min tonu (473,6 min ton az) Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilib.

Son xəbərlər

Orphus sistemi