AÇG və “Şahdəniz”dən ixrac edilən neft-kondensatın həcmi açıqlandı

AÇG və “Şahdəniz”dən ixrac edilən neft-kondensatın həcmi açıqlandı Energetika Nazirliyi bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatları açıqlayıb
Energetika
17 Oktyabr , 2020 16:35
AÇG və “Şahdəniz”dən ixrac edilən neft-kondensatın həcmi açıqlandı

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən oktyabrın 1-dək ümumilikdə 547,6 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına istinadən xəbər verir.

Bu dövrdə AÇG-dən 518,2 mln ton, “Şahdəniz”dən isə 29,4 milyon ton kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin oktyabrın 1-dək 547 mln ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Son xəbərlər

Orphus sistemi