AÇG və "Şahdəniz"dən 527 mln. ton neft ixrac edilib

AÇG və "Şahdəniz"dən 527 mln. ton neft ixrac edilib Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə), 80,3 mlrd. kubmetr qaz ixrac edilib.
Energetika
15 Aprel , 2020 16:26
AÇG və Şahdənizdən 527 mln. ton neft ixrac edilib
0 : 00
0 : 00

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə), 80,3 mlrd. kubmetr qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən aprelin 1-ə kimi 534 mln. ton neft (kondensatla birlikdə), 290 mlrd. kubmetr qaz hasil edilib.

Həmçinin məlumata görə, I rübdə Azərbaycandan ixraca nəql olunan neftin kondensatla birlikdə həcmi 7,6 milyon ton təşkil edib. Neftin 7,3 mln. tonu konsorsium, 324 min tonu isə SOCAR üzrə ixraca nəql olunub. 

Son xəbərlər

Orphus sistemi