AÇG səhmdarları ötən il dövlətə 371 mln. manat ödəyib

AÇG səhmdarları ötən il dövlətə 371 mln. manat ödəyib Bakı. 27 noyabr. REPORT.AZ/ 2017-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə səhmdarlar(ABƏŞ) dövlətə 370,775 mln. manat məbləğində ödəniş edib.
Energetika
2025
27 Noyabr , 2018 12:39
AÇG səhmdarları ötən il dövlətə 371 mln. manat ödəyib

Bakı. 27 noyabr. REPORT.AZ/ 2017-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə səhmdarlar(ABƏŞ) dövlətə 370,775 mln. manat məbləğində ödəniş edib.

“Report” xəbər verir ki, bu barədə 2017-ci il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatında qeyd olunub.

Hesabat dövründə “BP Exploration (Caspian sea)” 120,307 mln. manat, “AzACG” 73,513 mln. manat, “Equinor” (“Statoil Apsheron A.S”) 39,758 mln. manat, “Chevron” 37,358 mln. manat, “Inpex” 25,238 mln. manat, TPAO 24,839 mln. manat, “ExxonMobil” 20,646 mln. manat, “Itochu” 18,278 mln. manat, "ONGC Videsh Ltd." 10,838 mln. manat ödəniş edib.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Yeni saziş yatağın 2050-ci ilədək işlənməsini nəzərdə tutur.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Son xəbərlər

Orphus sistemi