AÇG-nin bir platformasında hasilat müvəqqəti dayandırılıb

AÇG-nin bir platformasında hasilat müvəqqəti dayandırılıb Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda yerləşən Mərkəzi Azəri platformasında illik plana uyğun olaraq, aprelin 15-dən hasilat dayandırılıb.
Energetika
19 Aprel , 2019 10:58
AÇG-nin bir platformasında hasilat müvəqqəti dayandırılıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda yerləşən "Mərkəzi Azəri" platformasında illik plana uyğun olaraq, aprelin 15-dən hasilat dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, planlaşdırılmış dayandırılma təxminən 15 gün davam edəcək: "Plana əsasən, “Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri aparılacaq. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir”.

O, həmçinin bildirib ki, bu ilin oktyabr ayının 15-də isə "Qərbi Çıraq" platformasında profilaktik işlərlə əlaqədar hasilat dayandırılacaq.

Son xəbərlər

Orphus sistemi